Araz Abdullayevdən qol ötürməsi
- 28 Sen 2023 18:00
- 260
Kosovo çempionatında 7-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevun formasını geyindiyi “Lapi” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Malişeva” ilə qarşılaşıb və 3:2 hesablı qələbəyə sevinib. Araz bu görüşün 82-ci dəqiqəsində meydana buraxılıb. Komandasının ikinci qolunda Abdullayev məhsuldar ötürmə müəllifi olub.
“Lapi” hazırda 16 xalla zirvədə qərarlaşıb.