Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin çıxış etdiyi Türkiyənin “Boluspor” klubu baş məşqçisi Ahmet Taşyüreklə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə TFF 1-ci Liqa klubunun rəsmi saytı məlumat yayıb.

48 yaşlı mütəxəssis komandanın uğursuz çıxışına görə göndərilib.

“Boluspor” beş turdan sonra 1 xal toplayıb. Hazırda 17-ci pillədə qərarlaşan komanda son matçda “Tuzlaspor”a 1:2 hesabı ilə uduzub.