Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən “Araz” (Naxçıvan) heyətinə daha bir futzalçı cəlb edib.

Rekord.az xəbər verir ki, yayda iki braziliyalı futzalçı ilə güclənən son çempionun növbəti transferi də “sambaçı”dır.

Əsasən müdafiədə yer alan David Qustavonun son klubu vətənində “Campo Mourao” olub. 25 yaşlı futzalçı artıq klubun heyətində qeydiyyata salınıb və o, Yüksək Liqanın oyunlarında da iştirak edə biləcək.