"Araz Naxçıvan" Abdulla Rzayevin keçidində israrlıdır.

Rekord.az xəbər verir ki, futbolçu müqavilə ilə "Sabah"a məxsusdur və hazırda da bu klubla birlikdə ölkə xaricində toplanışdadır. 

Lakin onun heyətdə saxlanılıb-saxlanılmayacağı hələlik bilinmir və bu haqda yekun qərarı Renduloviç verəcək. Naxçıvan təmsilçisi isə israrla Abdullanı heyətinə qatmaq istəyir və bununla bağlı yenidən "Sabah" klubuna müraciət olunacaq.