"Araz Naxçıvan" bu oyunu da uduzsa...
- 11 Dek 2023 13:00
- 804
"Araz Naxçıvan"ın ölkə xaricində toplanış keçib-keçməyəcəyi növbəti tur matçından asılı olacaq.
Rekord.az-a daxil olan məlumata görə, Naxçıvan təmsilçisi növbəti turda evdə "Sabah"la qarşılaşacaq.
Əgər komanda bu oyunda məğlub olarsa, böyük ehtimalla ölkə xaricindəki toplanış alınmayacaq və komanda qış hazırlığını Bakıda keçəcək.