Yeni mövsümün hazırlıqlarını davam etdirən " Araz Naxçıvan" daha bir legioner qapıçı ilə danışıq aparır.

 

Rekord.az xəbər verir ki, yerli bazarda istədiyini tapa bilməyən Naxçıvan təmsilçisi məcburiyyətdən bu addımı atıb.

 

Yeni qapıçının adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. 

 

Qeyd edək ki, Naxçıvan təmsilçisi bu yaxınlarda bosnyalı qapıçı transfer edib. Klub PFL-ə təqdim edəcəyi sifariş ərizəsində ümumilikdə 3 qapıçı planlaşdırır ki, bunun da ikisi legioner olacaq.