"Araz Naxçıvan"ın qeyri-rəsmi rəhbıri Zaur Axundovun Elmar Baxşıyevlə bağlı dedikləri təsadüfi deyil.

Rekord.az xəbər verir ki, Axundov Baxşıyevə iki ay vaxt verildiyini, nəticə olmayacağı halda istefaya göndəriləcəyini açıqlayıb.

Saytımıza daxil olan məlumata görə, Naxçıvan təmsilçisi hazırda bir əcnəbi məşqçi ilə danışıq aparır. "Araz Naxçıvan" yeni mövsümün ilk 5 turunda yaxşı nəticə qazanmasa, Baxşıyev istedaya göndəriləcək və yeni baş məşqçi ilə müqavilə bağlanacaq.