![photo](https://www.rekord.az/storage/uploads/4/araz-18.jpg)
"Araz Naxçıvan" Futbol Akademiyası başsız qalıb
- 21 İyl 2023 12:00
- 533
Adil Şükürovun istefasından sonra "Araz Naxçıvan" Futbol Akademiyası hələ də başsız qalıb.
Rekord.az-a daxil olan məlumata görə, hazırda rəhbərliyin bütün diqqəti əsas komandanın formalaşmasına yönəlib.
Akademiya ilə bağlı bütün məsələlər ikinci plana keçirilib. Klubun akademiyasına kimin rəhbərlik edəcəyinə isə Zaur Axundov qərar verəcək. Ümumiyyətlə bu məsələnin avqustun ortalarına kimi həllini tapacağı deyilir.