“Araz-Naxçıvan” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
- 22 İyl 2024 16:30
- 155
“Araz-Naxçıvan” klubu heyətini braziliyalı futbolçu ilə gücləndirib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ramon Maçado ilə 1 illik müqavilə imzalanıb.
Braziliyalı hücumçu bu gündən komandanın məşqlərinə qoşulub. 33 yaşlı futbolçu “Araz-Naxçıvan” klubuna Malayziya təmsilçisi “Sabah”dan gəlib. Azərbaycan Premyer Liqası braziliyalı üçün yad deyil. Belə ki, o, müxtəlif illərdə “Neftçi” və “Qəbələ”nin heyətində yer alıb. Ümumilikdə isə Maçado “Brasil Pelotas”, “Santo Andre”, “Parana”, “İtuana”, “Vila Nova”, “Lajeadense”, “Santa Kruz”, “Esportivo”, “Boa Esporte” və “Ponte Preta” klublarında da çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Urfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Benni, Felipe Santos, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.