Noyabrda ölkəmizdə keçiriləcək COP29 tədbiri səbəbindən klublar Bakı Olimpiya Stadionuna (BOS) buraxılmayacaq.

Rekord.az xəbər verir ki, bundan ən  çox ziyan çəkən də "Araz Naxçıvan" olacaq.

Zatən qapılarda qalan Naxçıvan təmsilçisi yenə kiməsə ağız açmaq məcburiyyətində qalıb və II liqadan I liqaya yeni vəsiqə qazanan "Baku Sportinq"in qapısına gediblər. Belə razılıq əldə olunub ki, COP29 tədbiri yekunlaşana kimi, "Araz Naxçıvan" məşqlərini "Baku Sportinq"ə məxsus Buzovnadakı təmirdən çıxmış yeni stadionda keçirəcək.