Premyer-Liqadakı oyunlarını Bakıda keçirən “Araz-Naxçıvan”ın doğma şəhərə qayıtmaması müzakirələrə səbəb olur. İctimaiyyət klubun belə yalan vədlərindən narazıdır.

Ancaq “Araz-Naxçıvan” öz işindədir.

“Rekord.az”-ın əldə etdiyi məlumata görə, bu klub qarşıdakı iki mövsümdə Naxçıvana qayıtmayacaq. Etibarlı mənbə buna səbəbin stadion olduğunu qeyd edir.

Belə ki, Naxçıvan şəhər stadionun sökülməsi gündəmdədi. Bu proses ötən ildən başlamalı idi, ancaq hələ də “daş üstə daş qoyulmayıb”. Nəzərə alsaq ki, stadionun tikintisi azı ilyarım, 2 il çəkir, məsələnin nə yerdə olduğunu anlaya bilərik. Üstəlik, arena hələ heç sökülməyə başlamayıb da. 

Məlumata görə, söküntüyə bu ilin sentyabrında başlanacaq, tam təhvil isə 2027-ci ilin yanvarına planlaşdırılıb.