Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilib.

Rekord.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

Turun açılış matçında “Araz-Naxçıvan” “Kəpəz”lə qarşılaşıb. Gəncə klubu ilk xal və ya xallarını qazanmağa çalışıb. Naxçıvan təmsilçisi isə növbəti qələbəsini qazanmaq üçün meydana çıxıb. Görüşün yekununda Naxçıvan klubu minimal hesabla üstün olub.

Bu turun “Şamaxı” – “Sumqayıt” və “Qarabağ” – “Səbail” oyunları sabah, “Zirə” – “Neftçi” və “Sabah” – “Turan Tovuz” matçları isə sentyabrın 15-də keçiriləcək.

Misli Premyer Liqası
6-cı tur

13 sentyabr

“Araz-Naxçıvan” – “Kəpəz” 1:0
Qol: Bernardo Dias, 76.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov.
“Liv Bona Dea Arena”.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 19. Ramin Nəsirli, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 10. Bernardo Dias.
Məşqçi: Rasim Ramaldanov.
Kəpəz: 1. Rojerio Santos, 2. İlkin Qırtımov, 11. Orxan Əliyev, 99. Əli Səmədov, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 78. Yeqor Xvalko (k), 10. Kərim Lkuça, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 28. Redon Mihana, 19. Lassana Ndiaye.
Baş məşqçi: Azər Bağırov.