Yeni mövsümə Türkiyədə hazırlaşan “Araz-Naxçıvan” bu gün növbəti oyununa çıxacaq.

Rekord.az xəbər verir ki, Elmar Baxşıyevin komandası Küveytin “Əl-Ərəbi” klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Bu komandalar arasında yoxlama görüşü iyulun 21-də keçirilməli idi. Lakin Küveyt təmsilçisinin toplanışa gəlməməsi səbəbindən oyun bu günə təxirə salınıb.

“Araz-Naxçıvan” daha əvvəl Türkiyədə 1 yoxlama oyunu keçirib. Komanda “Alanyaspor"la 1:1 hesablı heç-heçə edib.