Yeni mövsümün hazırlığına start verən “Araz-Naxçıvan” bu gün növbəti məşqini keçirib.

Rekord.az xəbər verir ki, komanda Bakı Olimpiya Stadionunun əsas meydanında məşqçi Teodor Terzievin göstərişləri əsasında fiziki təmrinlər yerinə yetirib.

Əsasən yerli oyunçuların iştirak etdiyi hazırlıq prosesinə legionerlərdən dünən Bakıya gələn Vanderson Melo və İqor Ribeyro da qoşulub. Digər əcnəbi futbolçular isə yaxın 2-3 gün ərzində Bakıya gələcəklər.