
“Araz-Naxçıvan” məşqləri bərpa etdi
- 19 Fev 2025 21:00
- 93
“Turan Tovuz”la oyundan sonra 2 gün istirahət edən “Araz-Naxçıvan” bu gün məşqlərini bərpa edib.
Rekord.az xəbər verir ki, əvvəlcə fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında isinmə hərəkətləri edən futbolçular daha sonra topla çalışmalara yer ayırıb.
Zədəsini sağaldan Bəxtiyar Həsənalızadə fərdi məşqlər edib.
Naxçıvan komandası fevralın 22-də, saat 16:00-da “Səbail”lə qarşılaşacaq. Görüş “Liv Bona dea Arena”da keçiriləcək.