Ardıcıl 3 oyundur məğlub olan "Araz Naxçıvan"ın düşərgəsində gərginlik hökm sürür.

Rekord.az xəbər verir ki, komanda 2-ci pillədəki yerini qorusa da, digər izləyiciləri ilə xal fərqi xeyli azalıb.

Bu durum isə klub rəhbərliyinin ciddi narazılığına səbəb olub. Hətta deyilənə görə, klubun qeyri-rəsmi rəhbəri Zaur Axundov bununla bağlı xüsusi iclas keçirib, baş məşqçi Elmar Baxşıyevə xəbərdarlıq edib. Əgər komanda "Neftçi"yə də məğlub olarsa, o zaman Baxşıyevin kreslosu laxlaya bilər.