"Araz Naxçıvan" növbəti mövsüm Premyer Liqaya buraxılmaya bilər
- 28 Okt 2024 13:00
- 362
AFFA növbəti mövsümdən Premyer Liqada oynayacaq klubları qarşısında infrastrukturla bağlı müəyyən tələblər qoymağı düşünür.
Rekord.az-a daxil olan məlumata görə, əsas tələb hər klubun ev oyunlarını təmsil etdiyi şəhərdə, rayonda oynaması ilə bağlıdır.
Təbii ki, bu məsələ reallaşsa çətin vəziyyətdə qalan klub "Araz Naxçıvan" olacaq. Çünki bu komanda Naxçıvandakı stadionun şəraitini bəhanə edib iki mövsümdür ki, ev oyunlarını Bakıda keçirir. Halbyki bu müddətdə Naxçıvan stadionuna əl gəzdirib normal vəziyyətə gətirmək olardı. Lakin görünən budur ki, "Araz Naxçıvan" rəhbərliyi bunda o qədər də maraqlı deyil. Amma AFFA məlum qaydanı əsasaməyı salsa, təmsil etdikləri şəhərə getməyə məcbur olacaqlar. Əks halda, çempionata buraxılmaya bilərlər.