Azərbaycan Premyer Liqasının 36-cı turunda keçiriləcək “Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən onlayn şəkildə satışa çıxarılıb.

Rekord.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar  7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü “Azersun Arena”nın kassasında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.