Hazırlığın birinci mərhələsini Bakıda reallaşdıran “Araz-Naxçıvan” təlim-məşq toplanışı keçirmək üçün sabah Qəbələyə yola düşəcək. 

Rekord.az xəbər verir ki, iyulun 30-dək Qəbələdəki “Gilan” hoteldə məskunlaşacaq komanda hazırlıq müddətində bir yoldaşlıq oyununda gücünü sınayacaq.

Oyunun tarixi və sparrinq-rəqib barədə əlavə məlumat veriləcək.