"Turan Tovuz" bu gün Azərbaycan Premyer Liqasının 8-ci turunda "Araz-Naxçıvan"ı qəbul edib.

Rekord.az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib.

Türkmənistanlı çalışdırıcı "Araz-Naxçıvan"nın qələbəyə layiq olduğunu bildirib:

"Düşünürəm ki, rəqimiz qələbəyə daha layiq idi. Axıra kimi mübarəzə apardılar. Biz isə səhvlərimizdən nəticə çıxarmalıyıq. Paltardəyişmə otağında bununla bağlı oyunçularıma artıq bildirmişəm.

Sözsüz ki, Aleksin yoxluğu hiss olunur. Yaradıcı oyunçudur. Amma bu futboldur, bəzən zədələr qaçılmaz olur.

Bəli, bu oyun ən çox narazı qaldığım oyunlardan idi. Əsasən də ikinci toxunuşlarda "Araz-Naxçıvan" üstün tərəf idi. Bu gün rəqib qələbəyə layiq idi. 

Əlimizdə olanlarla davam edirik, klubun imkanlarından yararlanmağa çalışırıq. Güman edirik ki, qışda kimisə heyətə qata bilərik.

Kənar problem axtarmağa dəyməz. Bu, bizim problemimizdir. Hakimliklə bağlı deyil. Komandam bir müddət lider idi. Bəlkə də bu oyunçularda müəyyən "yanma"lara gətirib çıxardı.

Heç bir oyundan qabaq məğlubiyyəti planlaşdırmırıq. İstənilən halda bu problemi axtarıb tapmalıyıq".