![photo](https://www.rekord.az/storage/uploads/5/araz-naxcivan-esas.jpg)
"Araz Naxçıvan" qışa qədər Bakıda qalacaq?
- 14 Avq 2023 11:00
- 506
"Araz Naxçıvan" bu gedişlə yəqin ki, dekabra qədər ev oyunlarını Bakıda keçirəcək.
Rekord.az-a daxil olan məlumata görə, buna səbəb Naxçıvan stadionunda təmir işlərinin lazım olan tempdə getməməsidir.
Xüsusilə təbii qazonun süni qazonla əvəz edilməsi prosesi bir qədər uzana bilər. Məhz bu səbəbdən rəhbərlik komandanı ən azı dekabra qədər Bakıda saxlamağı planlaşdırır.