Yeni mövsümün ilk turunda "Araz Naxçıvan" "Dalğa Arena"da "Turan Tovuz"a 0:3 hesabı ilə məğlub oldu.

Rekord.az-a daxil olan məlumata görə, klub rəhbərliyi bu məğlubiyyətə görə futbolçulardan narazı qalıb.

Əldə etdiyimiz məlumata görə, bu narazılıq futbolçulara çatdırılıb və onlardan növbəti turdan etibarın toparlanmaq, yaxşı nəticə qazanmaq tələb olunub.