![photo](https://www.rekord.az/storage/uploads/5/araz-naxcivan-esas.jpg)
“Araz-Naxçıvan” “Sabah”ı seçdi
- 07 Sen 2023 18:46
- 287
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan-2” yoxlama oyunu keçirəcək.
Rekord.az xəbər verir ki, Naxçıvan klubunun əvəzediciləri sentyabrın 9-da “Sabah”ın U-19 komandası ilə üz-üzə gələcək.
“ASK Arena”da keçiriləcək matç saat 18:00-da başlayacaq.
Xatırladaq ki, Zaur İsmayılovun baş məşqçisi olduğu “Araz-Naxçıvan-2” 5 oyundan 6 xal toplayıb və turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.