“Araz-Naxçıvan” “Turan Tovuz”la heç-heçə etdi
- 14 Okt 2023 19:27
- 359
Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədən istifadə edən "Araz-Naxçıvan" və "Turan Tovuz" öz aralarında yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılan matç 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" 14 xalla 4-cü, "Turan Tovuz" 11 xalla 6-cıdır.