"Araz Naxçıvan" yayda transfer etdiyi bosnyalı qapıçı Semir Bukviçi qışda göndərmək istəyir.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb qapıçının ümidləri doğurulda bilməməsidir.

Bildiyiniz kimi, Bukviç "Turan Tovuz"la ilk tur matçında kobud səhvlərlə yadda qalmış və həmin oyundan sonra ehtiyata göndərilmişdi.