![photo](https://www.rekord.az/storage/uploads/5/eldeniz-yusubov-1.jpeg)
“Araz Naxçıvan”da daha bir yeni təyinat
- 12 İyl 2023 18:33
- 363
Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz Naxçıvan”da bu gün klubdaxili iclas keçirilib.
Rekord.az xəbər verir ki, rəhbərliyinin qərarı ilə Eldəniz Yusubov “Araz Naxçıvan”ın icraçı direktoru təyin olunub.
Müxətlif illərdə AZAL, “Neftçi”, “Şamaxı” klublarında, eləcə də Azərbaycan Futzal Federasiyasında çalışan futbol funksioneri kollektivə təqdim olunub.