![photo](https://www.rekord.az/storage/uploads/5/ramin-axundov-1.jpg)
“Araz Naxçıvan”da klub prezidenti və Müşahidə Şurasının sədri müəyyənləşdi
- 12 İyl 2023 16:45
- 590
Yeni mövsümdən Premyer Liqada iştirak edəcək “Araz Naxçıvan Peşəkar Futbol Klubu”nun ümumi yığıncağı keçirilib.
Rekord.az xəbər verir ki, yığıncaqda klubun yeni təsisçiləri – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (50 %) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası (50 %) – barədə məlumat verilib.
Eyni zamanda, iclas zamanı klubun yeni prezidenti və Müşahidə Şurasının sədri vəzifələrinə seçkilər keçirilib, İdarə Heyəti və Müşahidə Şurasının tərkibi formalaşdırılıb. Ramin Axundov “Araz Naxçıvan Peşəkar Futbol Klubu” İctimai Birliyinin prezidenti, Vüqar Abbasov isə Müşahidə Şurasının sədri seçiliblər.
İdarə Heyətinin tərkibi
Ramin Axundov – Sədr // Prezident
Nurlan Həsənov
Ceyhun Məmmədov
İmran Kələşov
Müşahidə Şurasının tərkibi
Vüqar Abbasov – sədr
Orxan Hüseynov – sədr müavini
Taleh İbrahimov – üzv
Elxan Babayev – üzv
Rövnəq Xəlilov – üzv
Mahir Şıxəliyev – üzv
Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüququ fakültəsində ali təhsil alıb. O, 2008-ci ildən “Araz Naxçıvan” Futzal Klubunun prezidentidir.