![photo](https://www.rekord.az/storage/uploads/5/mico-4.jpg)
“Araz-Naxçıvan”da növbəti legioner
- 24 İyl 2023 15:45
- 282
Heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirən “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Rekord.az xəbər verir ki, Bosniya və Herseqovinadan olan mərkəz müdafiəçisi Numan Kurdiç bu gün Bakıya gəlib.
Tibbi müayinədən keçən futbolçu ilə 1 illik müqavilə imzalanıb. Ampluası mərkəz müdafiəçisi olan 24 yaşlı futbolçu karyerası ərzində “Sarayevo”, Serbiyanın “Novi Pazar”, Albaniyanın “Kukesi” klublarında çıxış edib. O, ötən mövsümü Belçika çempionatının “Molenbeek” komandasında keçirib.
Futbolçu bu gun komandanın Qəbələdəki toplanışına qoşulacaq.