Vadar Nuriyev qarşıdakı mövsümdə “Araz-Naxçıvan”ın məşqçilər korpusunda yer alacaq.

Rekord.az xəbər verir ki, klubla müqavilə imzalayan mütəxəssis baş məşqçi Azər Bağırovun köməkçilərindən biri olacaq.

Məşqçi artıq komandanın Qəbələdəki düşərgəsindədir.

“Araz-Naxçıvan”da Vadar Nuriyevdən başqa Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək.