"Araz Naxçıvan"dan ayrılacaq
- 19 Okt 2023 15:00
- 2293
Müqavilə ilə "Sabah"a məxsus olan, hazırda "Araz Naxçıvan"ın şərəfini qoruyan Abdulla Rzayev mövsümün sonunda "Araz Naxçıvan"dan ayrılacaq.
Rekord.az xəbər verir ki, cari mövsümü çox yaxşı keçirən U-21 millimizin üzvünə daha iddialı və imkanlı klublardan təkliflər var.
Hər şey bu cür davam etsə, futbolçu özü də həmin təkliflərdən birini dəyərləndirməyi düşünür.