“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolunu vurub.


Rekord.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXI turuna təsadüf edib.


“Turan Tovuz”la ev görüşündə (1:1) vurulan top Naxçıvan təmsilçisi üçün yubiley xarakteri daşıyıb. Bu, qola İssuf Paro imza atıb.


“Araz-Naxçıvan” 100-cü qola 109-cu oyunda çatıb. Bu qollardan 54-ü evdə, 46-sı səfərdə vurulub.


Qeyd edək ki, Naxçıvan klubu ölkə çempionatları tarixində 100 və daha çox qola imza atan 33-cü komandadır.