![photo](https://www.rekord.az/storage/uploads/5/az-1692881412-araz-55.jpg)
“Araz-Naxçıvan”dan ÇL-də növbəti darmadağın
- 24 Avq 2023 17:30
- 339
“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasındakı növbəti oyununda da böyük hesabla qalib gəlib.
Rekord.az xəbər verir ki, Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupu çərçivəsində Latviyada keçirdiyi ikinci görüşündə Almaniya təmsilçisi “Yan Reqensburq”u 5:0 hesabı ilə üstələyib.
Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanmağa çox yaxındır. Vitali Borisovun yetirmələri qrupda son oyunu avqustun 26-da yerli “Riqa”ya qarşı keçirəcəklər.
UEFA Çempionlar Liqası
İlkin seçmə mərhələ
A qrupu, 2-ci tur
24 avqust
“Yan Reqensburq” - “Araz-Naxçıvan” 0:5
Qollar: Katatau, 6:37, Erik, 8:07, Xəzər Ağalızadə, 12:59, İsa Atayev, 25:34, Xətai Bağırov, 26:13
Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Pitsola (İtaliya), Arttu Kinaerenen (Finlandiya)
Salaspils. Salaspils İdman Arenası.