“Araz Naxçıvan” bu mövsüm ev oyunlarını Bakıda keçirəcək.

Rekord.az-a daxil olan məlumata görə komandanın Naxçıvanda oynamayacağı dəqiqləşib.

Çünki Naxçıvan stadionunda işlər 2024-cü ilin əvvəllərində başlayacaq və qısa müddətdə yekunlaşması da gözlənilmir. Gələn mövsümə hazır olub-olmayacağı da tam dəqiq bilinmir.