I Divizionun qalibi olaraq Premyer Liqaya vəsiqə qazanan "Araz Naxçıvan"da yeni mövsümlə bağlı bir çox suallar açıq qalıb.

Rekord.az xəbər verir ki, klubun büdcəsi də hələlik təsdiqlənməyib.

Klub rəhbərliyi AFFA İcraiyyə Komitəsinin iyunun 15-də keçirəcəyi iclası gözləyir. Məhz həmin iclasda növbəti mövsüm Premyer Liqada neçə komandanın və hansı komandaların oynayacağı rəsmən bəlli olacaq. "Araz Naxçıvan"ın Premyer Liqada iştirakı rəsmən təsdiqlənəndən sonra büdcə, heyət və hazırlıqla bağlı suallara aydınlıq gələcək.