“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
- 29 Okt 2024 20:13
- 107
“Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayev cərrahiyyə əməliyyatı olunub.
Rekord.az xəbər verir ki, menisk əməliyyatı keçirən futbolçu hazırda özünü yaxşı hiss edir.
Sabah xəstəxananı tərk edəcək yarımmüdafiəçi müalicəsini evdə davam etdirəcək. Onun 15-18 gündən sonra məşqlərə başlayacağı gözlənilir.