
“Araz-Naxçıvan”ın futbolçusuna 1 oyunluq cəza
- 19 Fev 2025 16:15
- 71
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 23-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” oyununun 90-cı dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 87 nömrəli futbolçusu Nihad Əmrahzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilib.
“Neftçi-2” – “Qarabağ-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilib.
“Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandası matçın ilkin protokolun elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.
“Kəpəz-2” – “Şamaxı-2” oyununda “Şamax-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı-2” komandası 70 manat cərimə edilib.
“Səbail-2” – “Sabah-2” oyununda “Səbail-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.