![photo](https://www.rekord.az/storage/uploads/5/az-1688670385-ninoslav.jpg)
“Araz Naxçıvan”ın ilk transferi
- 07 İyl 2023 12:30
- 305
Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalara başlayıb.
Rekord.az xəbər verir ki, ölkə çempionunun mövsümlərarası fasilədə ilk transferi serbiyalı futzalçı olub.
Ninoslav Aleksiç qarşıdakı 1 il ərzində “Araz Naxçıvan”ın uğurları üçün çalışacaq. Serbiya millisinin də üzvü olan 28 yaşlı forvardın son klubu ölkəsində “Ekonomaç” olub.