“Araz-Naxçıvan”ın legioneri PFL tərəfindən mükafatlandırıldı
- 11 Noy 2023 00:25
- 238
Peşəkar Futbol Liqasının (PFL) "Ayın qolu” layihəsi çərçivəsində oktyabr ayının qalibi olan Məhəmməd Kadiriyə “Araz-Naxçıvan” – “Kəpəz” görüşündən əvvəl mükafatlar təqdim olunub.
Rekord.az xəbər verir ki, mükafatları "Dalğa Arena"da PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev təqdim edib.
Xatırladaq ki, bu layihədə ilk qalib də "Araz-Naxçıvan"lı olaraq mükafatını "Dalğa Arena"da almışdı. Bu, komandanın sol cinah müdafiəçisi, avqustda fərqlənən Turan Manafov olmuşdu.
Kadirinin “Qəbələ” ilə matçda vurduğu baxımlı qol onu qalib edib.