
“Araz-Naxçıvan”ın legionerinə milli dəvət
- 2023-09-29 14:30
- 114
"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət olunub.
Rekord.az xəbər verir ki, qolkiper ölkəsinin milli komandasının oktyabrın 12-də İsveçlə keçirəcəyi yoldaşlıq, 3 gün sonra AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Polşa ilə baş tutacaq matçda formasını geyinəcək.
O, oktyabrın 8-də vətəninə yola düşəcək.