"Araz Naxçıvan" mövsümün sonuna qədər bütün ev oyunlarını Bakıda keçirəcək.

Rekord.az-a daxil olan məlumata görə, Naxçıvan stadionunda yenidən qurma ilə bağlı hər hansı yenilik yoxdur.

Gələn il işlərə başlanılacağına dair də qəti söz deyən yoxdur. Bu isə onu göstərir ki, qışdan sonra da Naxçıvan stadionunda Premyer Liqa matçı keçirilməyəcək.