“Araz-Naxçıvan”ın qış hazırlıq planı məlum olub.

Rekord.az xəbər verir ki, komanda gələn il yanvarın 5-də bir araya gələcək.

Hazırlığın birinci mərhələsi Bakıda həyata keçiriləcək. Yanvarın 10-da “qırmızı-ağlar” yeni ildə ilk matçına çıxacaq. Yoldaşlıq oyununda rəqib “Zirə” olacaq. Matçın başlama saatı və keçiriləcəyi məkanla bağlı məlumat veriləcək. Ertəsi gün istirahət edəcək komanda yanvarın 12-də Qələbədə ikinci mərhələyə start verəcək. Yanvarın 15-də Qəbələdə Premyer Liqa klublarından biri ilə qarşılaşacaq “Araz-Naxçıvan” matçdan sonra Bakıya dönəcək. Bu dəfə 2 gün istirahət edəcək futbolçular yanvarın 18-dən etibarən Misli Premyer Liqasının 19-cu turu çərçivəsində “Qarabağ”la baş tutacaq matça hazırlaşacaq.