![photo](https://www.rekord.az/storage/uploads/5/araz-naxcivan-2-si-bir-yerde.jpg)
“Araz-Naxçıvan”ın yeni loqosu
- 17 İyl 2023 13:30
- 380
Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”ın yeni loqosu hazırlanıb.
Rekord.az xəbər verir ki, klubun ənənəvi ağ-qırmızı rəngləri fonunda hazırlanan loqoda Naxçıvanın simvollarından, yamacları sıldırımlı, zirvəsi 2400 metrdən hündür olan Haça dağ, türk mifalogiyasında müqəddəs heyvan hesab olunan boz qurd, eləcə də futbolun əsas atributu – top əks olunub.
Loqoya klubun yaradılma tarixi və səkkizguşəli ulduz da həkk olunub.