Bu gün Misli Premyer Liqasında 15-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutub.

“Araz-Naxçıvan” Mərdəkanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Günün digər matçı isə “Turan Tovuz”la “Sumqayıt” arasında keçirilib. Dörd qolluq bu qarşılaşmada da qalib müəyyənləşməyib.

“Kəpəz” – “Sabah” və “Neftçi” – “Zirə” oyunları sabah, “Qarabağ” – “Qəbələ” matçı 4 dekabrda keçiriləcək.

Misli Premyer Liqası
15-ci tur

2 dekabr

“Araz-Naxçıvan” – “Səbail” 1:1
Qollar: Məhəmməd Kadiri, 18 - Numan Kurdiç, 90+3.
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev
Bakı. “Dalğa Arena”, 16:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 14. Miço Kuzmanoviç.
Baş məşqçi: Azər Bağırov.
Səbail: 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.

“Turan Tovuz” – “Sumqayıt” 2:2
Qollar: Luis Paçu, 49. Otto Con, 54 - Elvin Bədəlov, 6. Erik Sorqa, 38.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev.
Tovuz şəhər stadionu, 18:30.

Turan Tovuz: 85. Kamal Bayramov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 80. Otto Con, 11. Ayxan Hüseynov, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka.
Məşqçi: Mübariz Orucov.