Futzal üzrə Azərbaycan çempionu “Araz” (Naxçıvan) bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, 6-cı qrupda yer alan Azərbaycan təmsilçisi ikinci sınağında Rumıniya çempionu “Yunayted Qalati” ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 15:00-da başlayan görüşü Sloveniyadan olan referi Deyan Veseliç idarə edib.

“Araz” qrupdakı ilk görüşündə Ukraynanın “Uraqan” komandasına 1:2 hesabı ilə uduzmuşdu. Rumıniya təmsilçisi isə Kosovo çempionu “Ligeni”yə 4:6 hesabıyla məğlub olmuşdu. Bu komandaların öz aralarındakı oyunda isə Azərbaycan təmsilçisi 5:3 hesablı qələbəyə sevinib.

6-cı qrupun oyunları Ukraynada keçirilir. Bu gün qrupun digər matçında “Uraqan” və “Ligeni” komandaları üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
6-cı qrup

29 oktyabr

“Araz” – “Yunayted Qalati” 5:3
Qol: D.Qustavo, 3:30; 35:88. Maneka, 5:20. M.Borges, 19:43. Felipinyo, 36:50 – D.Arauxo, 6:58; 16:48; 36:37.
Hakimlər: Deyan Veseliç (Sloveniya), Ozan Soykan (Türkiyə), Yosip Barton (Şimali Makedoniya).
Timekeeper: Denis Kutsi (Ukrayna).
Hakim-inspektor: Patrik Villemark (Belçika).
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya).
Ukrayna. İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.

Araz: 12. Rövşən Hüseynli (k), 13. Amir Şocaeyi, 11. Xətai Bağırov, 17. Felipinyo, 6. David Qustavo, 1. Emin Kürdov, 15. Hadi Ahmadi, 7. Ramiz Çovdarov, 8. İsa Atayev, 9. Maneka, 14. Murilo Borges, 18. Nurlan Mehdizadə, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.

Yunayted Qalati: 12. Toni Tonita, 4.Konstantin Burdujel (k), 8. Sergey Takot, 9. Oktavian Kires, 14. Daniel Arauxo, 2. Alin-Robert Kardei, 1. İonut Paduraru, 5. Daniel-Kosmin Petiça, 6. Lukas, 7. Marius Andrey Arhire, 11. Robert Krişan, 13. Florin İqnat, 17. Rares Oana.
Baş məşqçi: Florin İqnati.

Xal durumu: Ligeni – 3, Uraqan – 3, Araz – 3, Yunayted Qalati – 0.