"Araz Saatlı" I liqada qalsa...
- 08 Apr 2024 16:00
- 665
Qışdan sonra heyətini gücləndirən "Araz Saatlı"nın əsas hədəfi I Liqada yerini qorumaqdı.
Rekord.az xəbər verir ki, son turda "İrəvan"ı böyük hesabla məğlub edən Saatlı təmsilçisi özündən yuxarıda olan "Difai Ağsu" ilə xal fərqini 3-ə endirib.
Bu isə o deməkdir ki, növbəti turda qazanılacaq qələbə xalların bərabərləşməsi ilə nəticələnə bilər. Rəhbərliyin tələbi ilk növbədə I Liqada qalmaqdı. Baş məşqçi Rüfət Quliyevdən istənilən də ilk növbədə budur. Əgər komanda hazırkı liqada yerini qorusa, o zaman yeni mövsümdə daha iddialı "Araz Saatlı" görəcəyik. Belə ki, rəhbərlik komandanın büdcəsini artırmağı, heyətə legionerlər də daxil olmaqla daha güclü futbolçular cəlb etməyi planlaşdırır.