Rüfət Quliyevi baş məşqçi postuna gətirən I liqa təmsilçisi "Araz Saatlı" iki afrikalı futbolçu ilə güclənib.

Rekord.az xəbər verir ki, həmin futbolçulardan birinin sənədi ölkəmizə gəlib və o, növbəti turda oynayacaq.

Digərinin sənədi isə hələ də gəlib çıxmayıb. Yaxın 2-3 gün ərzində də gəlib çıxmasa, həmin futbolçu növbəti turda "Difai Ağsu"ya qarşı oynaya bilməyəcək.