![photo](https://www.rekord.az/storage/uploads/5/araz-19.jpg)
Araz yeni komandasında debüt etdi
- 28 Avq 2023 14:30
- 337
Kosovo çempionatında 3-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin yeni komandası “Lapi” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Fuşe Kosova” kollektivi ilə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.
Araz bu görüşün 84-cü dəqiqəsində meydana çıxmaqla yeni komandasında debüt edib.
“Lapi” hazırda 6 xalla 4-cü pillədə qərarlaşıb.