Futzal üzrə Yüksək Liqada 13-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan turun ilk matçında lider “Araz” “Xızı Futzal” üzərində böyükhesablı qələbə qazanıb.

Günün ikinci oyunu gərgin mübarizə şəraitində keçib. Neftçi” “Record club” üzərində çətin qələbəyə sevinib. “Premier” - “Bakı” TFK dueli də gərginliyi ilə yadda qalıb. 10 qolun qeydə alındığı görüş heç-heçə başa çatıb. 

“Marafon” – “Baku Fire” dueli 4 gün əvvəl də baş tutmuşdu. Həmin matçda qələbə qazanan “Marafon” seriyanı bu dueldə də davam etdirib. EKOL isə tura autsayder üzərindəki böyükhesablı qələbə ilə yekun vurub.

Yüksək Liqa
13-cü tur

19 dekabr

Xızı Futzal – Araz 2:10
Qollar: Xəyal Quliyev, 12:53-pen. Elnur Soltanlı, 24:53. Murilo Borges Souza, 39:33 - Hadi Ahmadi, 03:15; 23:26. Xətai Bağırov, 08:23; 08:35; 28:04; 28:58. İsa Atayev, 21:15; 34:31. Amir Shojaei, 25:27.

Neftçi İK – Record club 6:5
Qollar: Tural İsmayılov, 06:53. Rüfət Balakişiyev, 14:57; 18:25. Kənan Manafov, 30:11; 31:08. Amir Ashtiyani, 31:46-öz qapısına - Amir Ashtiyani, 10:48; 21:37. Vahid Ansari, 13:52. Sina Jamali, 28:15; 29:32.

Premier (Quba) – Bakı TFK 5:5
Qollar: Sərxan Ağayev, 17:54; 27:18. Vüsal Buludov, 32:46-öz qapısına. Ağaseyid Qasımov, 34:46. Firudin Ağalarov, 37:46 - Orxan Səfiyaroğlu, 12:37. Fərid Səmədzadə, 18:35; 38:43. Vüsal Buludov, 25:14. Zaur Fərziyev, 26:37.

Marafon – Baku Fire 8:3
Qollar: Seymur Məmmədov, 03:08. Tofiq  Mikayılov, 07:03; 21:26; 23:03. İlkin Hacıyev, 17:47; 20:52. Ramin Həsənzadə, 34:45 - Rasif Səfiyarov, 16:22. Renat Sultanov, 25:37. Hamed Khodaei, 29:51.

EKOL – Yasamal İSK 15:2
Qollar: Fərid Atakişiyev, 10:11; 14:43; 22:42; 28:50; 32:49. Faiq Əliyev, 15:33. Radik Əhmədov, 18:56; 30:17; 32:14. Namiq Məmmədkərimov, 19:53; 33:31; 34:09. Əsgər Abasov, 25:38; 36:35. Samir Həməzyev, 26:14 - İlham Allahverdiyev, 21:49. Əlimirzə Daşzərəni, 33:49.