Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz”ın (Naxçıvan) yer aldığı 6-cı qrupun oyunlarının təqvimi açıqlanıb.

Rekord.az xəbər verir ki, bu qrupun oyunların oktyabrın 28-də, 29-da və 31-də keçiriləcək.

Təmsilçimiz ilk matçda “Uraqan İvano – Frankivsk” (Ukrayna) klubu ilə üz-üzə gələcək. Ertəsi gün “Yunayted Qalati” (Rumıniya) komandası ilə qarşılaşacaq Azərbaycan çempionu sonda “Liqeni” (Kosovo) ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bu qrupun oyunları Ukraynada keçiriləcək. Yalnız qrup qalibi elit-raunda vəsiqə qazanacaq.