“Araz”ın ÇL-də son oyunu
- 12 Okt 2019 14:50
- 958
Bu gün futzal üzrə Azərbaycan çempionu “Araz” UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, təmsilçimiz Ukrayna çempionu “Xerson”la qarşılaşacaq. Oyun saat 19:30-da başlayacaq.
Komandamız qrupda keçirdiyi ilk iki matçda “Halle Gooik”ə (Belçika) 1:5, “Benfika”ya (Portuqaliya) isə 0:7 hesabı ilə məğlub olub.
UEFA Çempionlar Liqası
12 oktyabr
“Xerson” (Ukrayna) – “Araz”
Halle şəhəri. De Bres Arena. Saat 19:30.
Hakimlər: Moshe Bohbot (İsrail), Damian Jaruchievicz (Polşa), Viktor Bugenko (Moldova).